logo

Yamyaşıl yaylaqlar, geniş çəmənliklər, sıx meşələr, dağların zirvəsindən yamaclar boyunca axan kiçik çaylar, şəlalələr, göllər, qayalar arasından süzülən buz bulaqlar, həmçinin qədim və zəngin tarix Gədəbəyi yerli və xarici turistlər üçün əvəzolunmaz məkana çevirir.

Telefon
Ünvan
Elektron ünvan
DESTİNASİYA

ALMAN İRSİ

Azərbaycanda yaşamış almanların izləri araşdırılarkən Gədəbəydə Simens qardaşları tərəfindən əsası qoyulmuş mis zavodu qeyd edilməlidir. Q.Kelle və A.Ernanın məlumatlarına görə Mis dağının hər iki yamacında filiz çıxarılması “Simens qardaşları” kompaniyasından da qabaq məlum idi. Mis dağın şimal və şimal qərb hissəsinə olan yataq, Parsadanov və Yegivarov filiz sənayeçiləri tərəfindən istismar olunurdu. Lakin həmin yataqlar da sonralar Simens qardaşları tərəfindən alınır. Bu zavodun tikintisi 25 avqust 1865-ci ildə başa çatdır.

1879-cu ildə simens qardaşları Gədəbəydən 12 km məsafədə yerləşən Şəmkir çayın kənarında Qalakənd ərazisində ikinci misəritmə zavodunun tikintisi üçün icazə aldılar. Bununla əlaqədar olaraq 6 min desyatin ərazisi olan üçüncü meşə sahəsi ayrılır.

1884-cü ildə Gədəbəy ilə Qalakənd arasında ölkəmizdə ilk dəfə olaraq ensiz dəmir yolu çəkilir. Uzunluğu 34 km olan bu yolda 20-ə kimi 1 və 5 tağlı körpülər salınmışdır.

ALMAN İRSİ

“Simens qardaşları” kompaniyası Rusiyada başlanan inqilabi hərəkatla əlaqədar zavodun işini dayandırmış, zavodun avadanlıqlarını və dəmir yolunu sökərək aparmışlar. Hazırda onlardan ancaq bəzi tikililər, zavodun dağılmış qalıqları və bir neçə tağlı körpülər, o cümlədən Simens qardaşları tərəfindən Qalakənd ərazisində, Şəmkir çayının sağ sahilində salınmış 10 ha-dan çox ərazini əhatə edən şam meşəliyi qalmışdır.

Simenslərin təşəbbüsü ilə sonralar salınmış ayrıca meşə zolağındakı ağaclardan indiyədək qalanlar, müvafiq ekoloji qaydada qeydiyyatda saxlanılır.

Simenslərin Gədəbəydə dağ-mədən sənayesi yaratmaları həm də onunla əlamətdardır ki, məhz onların sayəsində şərqin bu dağlıq məkanına avropa memarlığı da qədəm qoymuşdu. Çingiz Abdullayevin “Almaniya-Azərbaycan əlaqələri” kitabinda bu barədə maraqlı detallar vardır: Almanların Azərbaycandakı həyat tarixçəsinin xüsusi bir səhifəsini onların şəhərsalmaya verdikləri tövhələr təşkil edir. Bakıda, Gəncədə, Helenendorfda (indiki Göygöl rayonu), Gədəbəydə avropa üslubu tikililər yaranlrdl ki, bu da şərq koloritinə rəngarənglik gətirirdi.

Simenslər Gədəbəydəki şəhərsalma işləri ilə əlaqədar əsasən həmyerlilərini dəvət etmişdilər. Onların tətbiq etdikləri qotika üslubu Gədəbəydə də özünə yer almışdı. Gədəbəydəki binaların bir çoxunun bu memarlıq üslubunda başa gətirilməsi, yerin məqsədli şəkildə ətrafa uyğun seçilməsi, mərtəbələrin az olmasına baxmayaraq göz oxşayan görüntü ilə layihələndirilməsi diqqət çəkən məqamlardandır.

ALMAN İRSİ

Almanların XIX əsrin 60-70-80-ci illərində tikdirdiyi mehmanxana, onun teatr salonu və səhnəsi-kompleks istifadə təyinatlı bu bina o illərdə istirahətin təşkilində mühüm rola malik idi. Gələn qonaqlar mehmanxanada təkcə zavodun sənaye işi ilə bağlı deyil, həm də digər işlərlə bağlı bəzən günlərlə qalırdılar. Qonaqların sırasında incəsənət adamları da az olmurdular. Sözügedən bina bu gün də mədəni xidmət təyinatlı istifadədədir.

Ayrıca olaraq şəhərcikdəki daş daşəməli küçələrdən də danışmaq mümkündür. Mədənin xüsusilə sıx yaşayış olan hissələrində, hərəkətin çox olduğu yerlərdə torpağa yastı daşlar döşənilmişdir. Burada diqqəti ilk çəkən odur ki, döşənmiş daşlar bir ölçüdə deyildir və onların düzülməsində yapışdırıcı məhluldan istifadə olunmuşdur.

1873-cu ildə Simenslər həmin dövr üçün bəlkə də növbəti ağlagəlməz, cəsarətli bir ideya irəli sürmüşdülər. Bu kanat xətti-açıq hava yolu çəkmək. Onlar bilirdilər ki, bundan 20 il əvvəl fransız mühəndisi Girp bir-birinə sarınmış yoğun məftillərin vasitəsi ilə ilk dəfə kanat xətti quraşdırmışdır.

Hazırda Gədəbəy şəhərində Alman irsinə aid yaşayış yerləri və binalar qalmaqdadır. Rayona gələn turistlərə “Alman irsi”-nə aid turlar digər mədəni maarif müəssisələri ilə birgə təklif olunur.

Təşkilatçının əlaqə vasitəsi: 077712 12 37 Elçin (bələdçi)