logo

Yamyaşıl yaylaqlar, geniş çəmənliklər, sıx meşələr, dağların zirvəsindən yamaclar boyunca axan kiçik çaylar, şəlalələr, göllər, qayalar arasından süzülən buz bulaqlar, həmçinin qədim və zəngin tarix Gədəbəyi yerli və xarici turistlər üçün əvəzolunmaz məkana çevirir.

Telefon
Ünvan
Elektron ünvan
DESTİNASİYA

Gədəbəyə neçə getmək olar?

Gədəbəy rayonuna ən yaxın məsafədə olan Hava Limanı Gəncə şəhərindəki Beynəlxalq Aeroportdur. Gəncə Beynəlxalq Hava Limanından Gədəbəy şəhərinə qədər olan məsafə 85 km-dir. Gədəbəyə neçə getmək olar? Gəncə hava limanından Gədəbəyə şəhərinə 1-1,5 saata çatmaq mümkündür. Bakı şəhəri ilə Gədəbəy rayon mərkəzi arasındakı məsafə 440 km-dir. Bakı şəhərindən Gədəbəy rayonuna 5-5,5 saata çatmaq olar. Gürcüstandan gələn turistlər üçün bildirmək istərdik ki, sərhəddən (Qırmızı Körpü sərhəd-keçid məntəqəsi) Gədəbəy rayonu arasındakı məsafə 158 km-dır və avtonəqliyyatla 2.5 saata bu məsafəni keçmək olur. Turistlər rayona avtomobil vasitəsilə gələ bilər. Gəncə şəhərindən rent-a-car xidmətlərindən istifadə etməkdə olar.
Gədəbəyə neçə getmək olar?