logo

Yamyaşıl yaylaqlar, geniş çəmənliklər, sıx meşələr, dağların zirvəsindən yamaclar boyunca axan kiçik çaylar, şəlalələr, göllər, qayalar arasından süzülən buz bulaqlar, həmçinin qədim və zəngin tarix Gədəbəyi yerli və xarici turistlər üçün əvəzolunmaz məkana çevirir.

Telefon
Ünvan
Elektron ünvan
Görməli Yerlər

HƏMŞİVƏNG MƏBƏDİ

Qafqaz Albaniyasından əfsanələr paytaxtı Gədəbəyə qalanlar

Zəngli Kilsə (V–VII əsrlər), Böyük Qaramurad kəndinin ən məşhur tarixi abidəsidir və V-VII əsrlərə aiddir. XII–XIII əsrlərdə yenidən bərpa edildikdən sonra bu günkü formasını alıb. Bəzi mənbələrdə 1634-cü ildə inşa edildiyi yazılır.

HƏMŞİVƏNG BAŞLIQ ŞƏKİL


HƏMŞİVƏNG MƏTNYerlilərdən una niyə Zəngli Kilsə deyildiyini soruşduq. Sən demə, kilsənin tavanından nəhəng dəmir zəng asılıbmış. Bu zəngə dəmirlə vurulduğu zaman cingiltili səs ətrafa yayılarmış. 1960-cı illərdə kilsənin zəngi müəmmalı şəkildə yoxa çıxıb. Kəndlilər onun oğurlandığını güman edirlər. Məbədin divarlarına müxtəlif ölçülü və formalı xaçlar və naxışlar döyülüb. Deyilənlərə görə vaxtilə bu məbəddən karvansaray kimi də istifadə ediblər.

XIX əsrin ortalarından başlayaraq Gədəbəydə fəaliyyəti olmuş Simens şirkətinin əcnəbi əməkdaşlarının hələ özlərinə ibadət yeri düzəldənədək məhz bu alban məbədindən inanc-ibadət təyinatında yararlanmaları barədə çox söylənilmişdir. Bu sırada xristian dininə mənsub olan digər xalqların təmsilçiləri də yararlanmışdılar.

HƏMŞİVƏNG MƏTNHƏMŞİVƏNG MƏTNHƏMŞİVƏNG MƏTNHƏMŞİVƏNG MƏTN

Gədəbəydəki Kilsə ilə bağlı digər bir rəvayət isə, orada sonradan salınmış alman (xristian) qəbristanlığı ilə əlaqədardır. Belə ki, bu şəhərdə yaradılmış mədən – zavod kompleksində işləmək üçün ilkin illərdə Almaniyadan 300 ailə gətirilibmiş. Gələnlərin (gətirilənlər) daha çox sərt iqliminə uyğunlaşmamaları səbəbindən kütləvi ölümünün yarandığını şəhərin yaşlı sakinləri danışırdılar.


O vaxt ölənlərin həmin alban məbədi yaxınlığında dəfn edilməsi qərarı alınıbmış.

Əlaqə: +99450 4851575 (İcra nümayəndəsi)

HƏMŞİVƏNG MƏBƏDİ
Böyük Qaramurad vəngi

Gədəbəy rayonu
Qafqaz Albaniyasının mədəni irsinə aiddir
Yerli Əhəmiyyətli abidə