logo

Yamyaşıl yaylaqlar, geniş çəmənliklər, sıx meşələr, dağların zirvəsindən yamaclar boyunca axan kiçik çaylar, şəlalələr, göllər, qayalar arasından süzülən buz bulaqlar, həmçinin qədim və zəngin tarix Gədəbəyi yerli və xarici turistlər üçün əvəzolunmaz məkana çevirir.

Telefon
Ünvan
Elektron ünvan
Görməli Yerlər

KOROĞLU QALASI

Sıldırımlar arasında qalan qala, sirli anbar, gizli yollar və Koroğlu müəmması

Koroğlu (Cavanşir) qalası. Rəvayyətə görə KOROĞLU bu QAYALIQLARIN ƏN YUXARISINA ÇIXARAQ burda MÜDAFIƏ ISTEHKAMItikdidir. Söylənilən rəvayətə görə, bu, Koroğlu qayadan Qıratın belindən sıçrayıb düşdükdən sonra keçdiyi yarğan yaranıb. Yerli əhali buranı Cavanşir qalası adlandırır.

KOROĞLU QALASI ŞƏKİL


Gədəbəy rayonunun Qalakənd və Miskinli kəndləri arasında sıldırım qayalığın zirvəsində yerləşir. Əsasən XVII əsrdə inşa edilmiş Koroğlu qalalarının ümumi cəhəti onların hərbi-strateji baxımdan uca, əlçatmaz yerlərdə tikilməsidir.

Gədəbəy rayonunda sıldırım qaya üzərində ucalan möhtəşəm Koroğlu qalası strateji baxımdan olduqca əlverişli yerdədir. Qala divarlarının eni bir metrə yaxındır. Qalanın daxilində müxtəlif tikililərin xarabalıqlarına rast gəlmək olar.


KOROĞLU QALASI MƏTN

Müdafiə məqsədi ilə inşa olunan «Koroğlu» qalasının yeraltı gizli yolu və gizli su xətti də aşkar edilmişdir. Saxsı borularla haradansa çəkilən su qalanın içərisində inşa endilmiş anbara daxil olur, oradan isə yeraltı borular vasitəsilə axıb Miskinli kəndinin içindən keçən çaya tökülür. Gədəbəy rayonu ərazisində Koroğlunun adı ilə bağlı zağa, dərə, qalaça, qaya və xalq arasında bunlarla bağlı müxtəlif əfsanələr mövcuddur. Bu qalanın məşhur alban sərkərdəsi Cavanşir tərəfindən salınması tarixi ehtimallar sırasındadır.

Cavanşir – Koroğlu qalası həm müşahidə, həm də müdafiə məqsədli olduğuna görə də yüksəklikdə tikildiyinə dair müxtəlif rəvayətlər danışılır.

Əlaqə: +99450 6369287 (İcra nümayəndəsi)