logo

Yamyaşıl yaylaqlar, geniş çəmənliklər, sıx meşələr, dağların zirvəsindən yamaclar boyunca axan kiçik çaylar, şəlalələr, göllər, qayalar arasından süzülən buz bulaqlar, həmçinin qədim və zəngin tarix Gədəbəyi yerli və xarici turistlər üçün əvəzolunmaz məkana çevirir.

Telefon
Ünvan
Elektron ünvan
Görməli Yerlər

MAĞARALAR

Gədəbəyin bir çox kəndlərində qədim mağaralara rast gəlinir. Elmi ədəbiyyatda mağaralar qədim insanların ilkin yaşayış məskənləri kimi göstərilir. Lakin mağaralar həm də ibtidai memarlıq nümunələridir.

Gədəbəydəki mağaraların digər yerlərdəki bu tip yaşayış yerləri ilə ümumi oxşar cəhətləri var. Bununla yanaşı, rayondakı mağaraların bir-birindən fərqli xüsusiyyətləri də var. Məsələn, çox da hündür olmayan yerdə və yaxud sıldırım qayalıqlarda yerləşən mağaralar, içərisi geniş və ya dar (bir neçə nəfərlik) olan mağaralar və s.

Buradakı arxeoloji abidələr tunc və ilk dəmir dövrünə aid qəbirlərlə, daş qutu qəbirlərlə, kurqanlarla, qədim qalaçalarla, ibadətgahlarla izlənilir. Vaxtilə bu mağaralarda müxtəlif qədim əşyalar tapılıb.

Bu gün isə bu məkanlardan turizm məqsədilə istifadə etmək təklif edilir.

Əlaqə: +99477 7121237 Elçin (bələdçi)