logo

Yamyaşıl yaylaqlar, geniş çəmənliklər, sıx meşələr, dağların zirvəsindən yamaclar boyunca axan kiçik çaylar, şəlalələr, göllər, qayalar arasından süzülən buz bulaqlar, həmçinin qədim və zəngin tarix Gədəbəyi yerli və xarici turistlər üçün əvəzolunmaz məkana çevirir.

Telefon
Ünvan
Elektron ünvan
Görməli Yerlər

MAHRASA MƏBƏDİ

Albanlar xristianlığı qəbul etməmişdən əvvəl Ay ilahəsinə (İlahə İnannaya) sitayiş ediblər

Gədəbəydə ay ilahəsi ilə bağlı Mahrasa məbədinin olması bunu sübut edir. Məbədi erkən orta əsrlərin başlanğıcına, təxminən III – V, III – VII əsrlərə aid etmək olar.

MAHRASA BAŞLIQ ŞƏKİL


Söyüdlü kəndi ərazisində yerləşən Məbəd yerli əhəmiyyətli memarlıq abidəsidir. Bu məbəd daha çox Mahrasa adı ilə tanınmaqdadır. Bu tarixi abidəni atəşpərəstlik dövrünün memarlıq nümunəsi kimi ehtimal etmək olar.

Çünki buradakı daşüstü təsvirlərdə atəşpərəstliyi əks etdirən bir sıra izlər mövcuddur. Mahrasa kompleksinə yerli əhali həm də vəng adlandırır. Olduqca mənzərəli, turizm üçün xüsusilə baxımlı olan bir ərazidə vaxtilə təndir və ya təndir formalı qəliblər aşkar edilmişdir.

MAHRASA MƏTN

Ayrı-ayrı vaxtlarda elmi təyinatlı və ya fərdi qazıntılar nəticəsində buradan müxtəlif ölçülü qəbirlər, bəzək əşyaları, insan skeletləri, qədim silahlar, əmək alətləri və s. də üzə çıxarılmışdır. bədin əhatəsində arkalardan ibarət olan digər bir tikili də vardır ki, oranın karvansara olduğu barədə əfsanələr danışılır.

Mahrasa məbədindəki quş təsvirləri barəsində də əfsanələr söylənilir. Quşun antik anlamdan indiyək həm əfsanəvi, zoomorfik obraz olmasını düşünəndə bütün bu deyilənlərə inanmamaq olmur.


Mahrasa məbədi, ona yaxın məsafədə axan Şəmkir çayı, meşə massivi buranı canlı turizm məkanına çevirib. Əfsanələrlə dolu olan Mahrasa məbədinə ziyarət etdikdə siz də qədim tarixin bir hissəsinə toxunmuş olacaqsınız.

Əlaqə: +99450 4990896 (İcara nümayəndəsi)

Çarekvəng monastırı
Strabonun yazılarında yer alan qədim məbədimizi siz də tanıyın

Mahrasa məbədi