logo

Yamyaşıl yaylaqlar, geniş çəmənliklər, sıx meşələr, dağların zirvəsindən yamaclar boyunca axan kiçik çaylar, şəlalələr, göllər, qayalar arasından süzülən buz bulaqlar, həmçinin qədim və zəngin tarix Gədəbəyi yerli və xarici turistlər üçün əvəzolunmaz məkana çevirir.

Telefon
Ünvan
Elektron ünvan
Görməli Yerlər

NAMƏRD QALA

Gədəbəydə IX əsrin yadigarı 800-dən çox yaşı olan Qız qalası

Azərbaycandakı Qız qalalarından biri, dövrümüzə yaxşı vəziyyətdə gəlib çatan Namərd qala, yerli əhali arasında dolaşan əfsanəyə görə, vaxtilə həmin qalada saxlanılan və ya yaşayan qız namərdlərin əlinə keçməmək üçün özünü qaladan yerə atıb. Bu əfsanəyə əsasən tikili “Namərd qala” da adlandırılır.

NAMƏRD QALA BAŞLIQ ŞƏKİL


Azərbaycanın dağ qalaları içərisində Gədəbəydəki Namərd qala yaxşı durumda olması, tikinti materialı, ən başlıcası isə memarlıq biçimlərinin son dərəcə monumentallığı ilə seçilir.

Bu qala elmi ədəbiyyata Namərd qala adı ilə daxil olsa da yerli əhali qalanı daha çox Qız qalası adlandırır. İndiki halda Namərdqalanın nə vaxt və hansı tarixi zərurət üzündən tikilməsi məlum deyil.

NAMƏRD QALA MƏTN

- Eldənizlər dövrünün əsəri sayırlar. Qalanın yerləşdiyi Söyüdlü kəndi sıx meşəli dağlar arasındadır. Kənddən 7 km aralıda zirvəsinin qeyri-adi xüsusiyyəti ilə bir dağ diqqəti özünə çəkir. Qarşıda əzəmətli bir qala bu əlçatmaz yerlərdə insan əlinin möcüzəsi kimi yüksəlir. Dağın ətəklərini iki yandan Şəmkir və Mis çayları yuyur. Azərbaycanda olan digər Qız qalalarından fərqli olaraq Söyüdlüdə yerləşən qalanın daha yığcam, biçimcə monumental, şəhər qalalarına bənzəyən, çoxbucaqlı bitkin planı vardır.

Qala 5 yarımdairəvi sütundan ibarətdir. Giriş–çıxış yerləri uçqunların təsirindən görünməz vəziyyətdədir. Sütunlar və diametrinə görə bir–birindən fərqlənirlər.

Əlaqə vasitəsi: 0504990896 (icra nümayəndəsi)