logo

Yamyaşıl yaylaqlar, geniş çəmənliklər, sıx meşələr, dağların zirvəsindən yamaclar boyunca axan kiçik çaylar, şəlalələr, göllər, qayalar arasından süzülən buz bulaqlar, həmçinin qədim və zəngin tarix Gədəbəyi yerli və xarici turistlər üçün əvəzolunmaz məkana çevirir.

Telefon
Ünvan
Elektron ünvan
Görməli Yerlər

SƏBƏTKEÇMƏZ MƏBƏDİ

Qalaçadan aralıda, yüksək meşəlik ərazidə bir tikili var. Tipinə və quruluşuna görə buradakı digər Alban abidələrinə bənzəyir. Tək hücrəli bu abidəyə kəndlilər Alban məbədi deyirlər. Bunun müşahidə qülləsi olduğunu da söyləyirlər. Yaranma tarixini ilkin orta əsrlərə aid edilir. Hazırki vəziyyətinə əsasən demək olar ki, məbəd 3 hissədən ibarətdir. Bunlardan biri digərlərinə nisbətən böyükdür.

Onun içəri hissəsinin girişində daş oyuq vardır. Həmin oyuğun qarşısındaki divarda bu cür başqa bir oyuq da vardır. Məbədin ətrafı qədim qəbristanlıqdır. Buradan zaman-zaman küpələr və digər qədim məişət əşyaları tapılmışdır.

Əlaqə: 0223264890