logo

Yamyaşıl yaylaqlar, geniş çəmənliklər, sıx meşələr, dağların zirvəsindən yamaclar boyunca axan kiçik çaylar, şəlalələr, göllər, qayalar arasından süzülən buz bulaqlar, həmçinin qədim və zəngin tarix Gədəbəyi yerli və xarici turistlər üçün əvəzolunmaz məkana çevirir.

Telefon
Ünvan
Elektron ünvan
Görməli Yerlər

QALAÇALAR

Mollalı, Mansıd, Söyüdlü qalaçaları – Gədəbəydə 30-a yaxın qalaça vardır. Bir tona yaxın ağırlığı olan nəhəng daşlardan inşa edilmiş bu qalaçalar strateji əhəmiyyətlidir. Bunlara Oğuz qalaçaları deyirlər. Qalaçaları tikən qədim türk tayfası nümayəndələri – oğuzlar ucaboylu, iri cüssəli olublar.

Qəbrlərin ölçüləri bunu təsdiq edir. Qalaçalar müdafiə məqsədli gözətçi qurğularıdır. Kəşfiyyat məqsədi daşıyıb və böyük qalalarla gizli xəbərləşmə mərkəzi olub. Yüksəkdəki qalalardan fərqli olaraq qalaçalar iri ölçülü qaya parçalarından hörülüb.

Gədəbəydəki qalaçalarda ümumi oxşar cəhətlər çoxdur. Məsələn bütün qalaçalar böyük daşlarla hörülü vəziyyətdə olmuş, nisbətən hündür təpə və dağ zirvələrində müdafiə və müşahidə məqsədilə tikilmişdir. Rayondakı hər kənddə azından iki qalaça var.

Onlar kəndlərdə yerli kənd sakinləri tərəfindən Böyük və Bala Qalaça adlandırılır. Deyimlər qalaçaların ölçülərinə görədir.

Əlaqə: 0223264890 Mədəniyyət Mərkəzi