logo

Yamyaşıl yaylaqlar, geniş çəmənliklər, sıx meşələr, dağların zirvəsindən yamaclar boyunca axan kiçik çaylar, şəlalələr, göllər, qayalar arasından süzülən buz bulaqlar, həmçinin qədim və zəngin tarix Gədəbəyi yerli və xarici turistlər üçün əvəzolunmaz məkana çevirir.

Telefon
Ünvan
Elektron ünvan
Görməli Yerlər

SIMENS KÖRPÜLƏRİ

Bir Siemens yadigarı: Gədəbəyin "Qanlı Körpü"

XIX əsrin 60-ci illərindən XX əsrin birinci onilliyinədək Gədəbəy və Qalakənddə mis sənayesi fəaliyyəti ilə məşğul olmuş Simens (Siemens) firmasına məxsus yüzlərlə tikili olmuşdur. Bu tikililər həm sənaye, həm də yaşayış üçün istifadə olunmuşdur.

Başlıq şəkil


Ümumiyyətlə, Simens firmasina məxsus tikililər sırf Avropa memarlıq nümunələrindəndir. Hər bir mənada diqqəti çəkən görünüşü ilə, tarixi dövrün bir memarlıq inciləri kimi dəyərli sənət əsərləridir. Eyni adli firma tərəfindən salınmış körpülər onlarcadır. Körpülərdə memarlıq xüsusiyyətləri ilk baxışdanca görünür. Körpülər tağlardan ibarətdir və tağların həm eninə, həm də uzununa ölçüləri müxtəlifdir. Bu heç şübhəsiz ki, körpü olan yerlərin relyefinə görədir.

SİMENS Mətn

Siemens qardaşları tərəfindən 1879-cu ildə Zaqafqaziyada istehsalı artırmaq, xammal nəqlini asanlaşdırmaq üçün uzunluğu 28 km olan Gədəbəy-Qalakənd arasında çəkilmiş dəmir yolu ilə bağlı salınmış körpülərdir. Dörd lokomotiv və 33 vaqonun hərəkət edəcəyi dəmiryolu dağlıq-dərəlik ərazilərdən keçdiyi üçün, yol üzərində daş körpülər inşa edildi. Bu körpülərin sayı 7 idi. Onlardan bəziləri günümüzədək gəlib çatmış, bəziləri isə dağılmışdır.

Bu körpülərdən ən məşhuru yerli sakinlər tərəfindən "Qanlı körpü" adlandırılır. Bu adın faciəli tarixçəsi var. Belə ki, mədəndə işləyən fəhlələri işdən evə daşıyan vaqon körpünün üstündən keçərkən körpü aşıb. Nəticədə vaqonda olan fəhlələrin hamısı həlak olub. O gündən sonra el arasında bu körpüyə "Qanlı körpü" adı verilib. Yerli daşlardan, qövsvari formada inşa edilmiş bu körpü nadir memarlıq nümunəsidir.



Rayona gələn qonaqların – turistlərin ən çox diqqət çəkdikləri yerlər həm də sözü gedən körpülərdir.