logo

Yamyaşıl yaylaqlar, geniş çəmənliklər, sıx meşələr, dağların zirvəsindən yamaclar boyunca axan kiçik çaylar, şəlalələr, göllər, qayalar arasından süzülən buz bulaqlar, həmçinin qədim və zəngin tarix Gədəbəyi yerli və xarici turistlər üçün əvəzolunmaz məkana çevirir.

Telefon
Ünvan
Elektron ünvan
DESTİNASİYA

Mədəni-maarif müəssisələri

Rayonda 13 mədəniyyət evi, 26 klub, 67 kitabxana, 39 kinoqurğu var. Rayonun mərkəzində 5 min nəfərlik stadion var. Rayonda aşıq sənətinin özünə məxsus yeri var. İsfəndiyar Rüstəmov, Miskinli Vəli, Nemət Qasımlı, Ulduz Sönməz, Fəzail Miskinli və bir sira başqa tanınmış aşıq musiqisinin ustad sənətkarları Gədəbəy rayonunda anadan olmuşdur.


Gədəbəy Tarix Diyarşünaslıq Muzeyi
Gədəbəy Tarix Diyarşünaslıq Muzeyi — Mədəniyyət Nazirliyinin tabeçiliyində olan və 1990-cı il martın 22-dən fəliyyət göstərən muzeydir. Təbiət, Qədim dövr, Orta əsrlər, Müasir dövr bölmələrini əhatə edən muzeydə hazırda 2000-dən çox eksponat saxlanılır. Ekspozisiya zalında 1100 eksponat nümayiş etdirilir. Təbiət bölməsinə rayonda yetişdirilən ağac, bitki nümunələri, daş-süxur nümunələri, Gədəbəy mənzərələri, müalicə məqsədi ilə işlədilən bitki nümunələri mineral sular daxildir. Qədim dövr bölməsində b.e.ə dövrlərə məxsus tunc əşyalar, sümükdən və obsidiandan düzəldilmiş əmək alətləri, muncuqlar, küpələr, keramik qablar göstərilir. Orta əsrlərə məxsus abidələrin foto şəkilləri, abidələr haqqında məlumatlar öz əksini tapır. Burada siz Gədəbəyin tarixi, mədəniyyəti, təbiəti və diyarın digər xüsusiyyətləri haqqında maraqlı məlumatlarla tanış ola bilərsiniz.

“Bələdçi” Turizm Klubu
2011-ci ildə Gədəbəy rayon Mədəniyyət evi nəzdində “Bələdçi” Turizm Klubu yaradılmışdır. Klub ilk olaraq 5 nəfərlə fəaliyyətə başlamışdır. Ardıcıl fəaliyyət nəticəsində hazırda klubun 25 nəfər üzvü vardır. Klubun üzvlərinin əksəriyyəti rayon Mədəniyyət şöbəsinə aid olan tarixi abidələrin mühafizəçiləridirlər. Bu həm də onunla bağlıdır ki, turistlərin görmək istədikləri tarixi abidələr haqqında məhz tarixi abidələrin mühafizəçiləri müvafiq məlumatlara malikdirlər. Eyni zamanda tarixi abidələrin yerləşdikləri coğrafi ərazi barədə də abidə mühafizəçilərinin dilindən yetərli məlumatlarla tanış olmaq olar. “Bələdçi” Turizm Klubunda rayonda turistlər üçün maraqlı olan tarixi abidələrin və təbiət mənzərələrinin foto görüntülərindən ibarət xüsusi albom hazırlanmışdır. Bundan başqa şöbənin foyesində təşkil edilmiş sərgilərlə də turistlər tanış ola bilərlər. “Bələdçi” Turizm Klubunda turistlər bələdçi xidmətləri, nəqliyyat, getdikləri ərazi haqqında məlumatlar əldə edə bilərlər.

Əlaqə: +99470 7121237