logo

Yamyaşıl yaylaqlar, geniş çəmənliklər, sıx meşələr, dağların zirvəsindən yamaclar boyunca axan kiçik çaylar, şəlalələr, göllər, qayalar arasından süzülən buz bulaqlar, həmçinin qədim və zəngin tarix Gədəbəyi yerli və xarici turistlər üçün əvəzolunmaz məkana çevirir.

Telefon
Ünvan
Elektron ünvan
DESTİNASİYA

Milli Ənənələr Diyarı - GƏDƏBƏY

Füsünkar təbiət

Ölkəmizin qərb bölgəsində Kiçik Qafqaz dağlarının qoynunda yerləşən Gədəbəy əsrarəngiz təbiəti ilə məşhurdur. Yamyaşıl yaylaqlar, geniş çəmənliklər, sıx meşələr, dağların zirvəsindən yamaclar boyunca axan kiçik çaylar, şəlalələr, göllər, qayalar arasından süzülən buz bulaqlar, həmçinin qədim və zəngin tarix Gədəbəyi yerli və xarici turistlər üçün əvəzolunmaz məkana çevirir.

Azərbaycanın bir parçası olan Gədəbəy mislsiz gözəlliklər diyarı, zəngin təbiət muzeyidir. Əhali çox xoşbəxtdir ki, zəngin təbiət qoynunda yaşayır.

Simens körpüləri Qaramurad Vəngi Namərd qala Mahrasa məbədi Ərlər-Ərənlər yurdu

Son illərdə rayonda yaradılan infrastruktur isə istənilən sayda turistin, yerli və əcnəbi qonaqların burada qalmasına, eləcə də istirahətlərindən mənəvi zövq almasına imkan yaradır.

GƏDƏBƏY MƏTN

Artıq neçə ildir ki, Gədəbəydə istər xarici, istərsə də yerli turistləri qarşılamaq və onlara yüksək səviyyəli mədəni xidmət göstərmək üçün “Aşağı Narzan”, “Yuxarı Narzan”, “Şirxan”, “Göyçə”, “Eldordo” kimi müasir istirahət məkanları fəaliyyət göstərir.

İstirahət mərkəzlərində isə qonaqların məmnunluğunu qazanmaq üçün bir-birindən maraqlı və münasib xidmətlər təklif olunur.

Dağ yamaclarının zirvəsinə qalxdıqca sanki göz oxşayan mənzərələr səni valeh edir. Bütünlüklə Azərbaycan ayağının altındadır. Azərbaycanın bir parçası olan Gədəbəy mislsiz gözəlliklər diyarı, zəngin təbiət muzeyidir. İl boyu zirvəsi qarla örtülü olan dağlar, könül açan sərin yaylaqlar, zəngin və nadir ovalıqlar, təkrarolunmaz gözəlliyə malik göllər, suvarma və enerji əhəmiyyətli çaylar, min bir dərdin dərmanı olan bulaqların laylası, meşlәrin titrәmәsi, әsәn külәk, yağan yağış, bol mәһsullu tarlalar, bağlar, bostanlar tәbiәt һekayәlәrinә dәrin mәzmun, tәsirli ideya, zәngin bәdii-estetik maһiyyәt xüsusi zövq verir. Burada yerin altı tükənməz xəzinə, üstü isə canlı muzeydir. Onun gözəl təbiəti, iqlimi, torpağı, bitki örtüyü, heyvanlar aləmi son dərəcə müxtəlif və rəngarəngdir.


Bununla yanaşı, Gədəbəydə kənd turizminin də inkişaf etdiyini görmək mümkündür. Demək olar ki, rayonda yaşayan əksər ailələr potensial olaraq evlərində 4 - 5 nəfər qonaq qəbul etmək və onlara mədəni xidmət göstərmək imkanına malikdir.

Məhz kənd sakinlərinin mehriban və səmimi rəftarı, həmçinin bəzi insanların kənd həyatına maraq göstərməsi onları bu cür evlər kirayələməyə və istirahətlərini kənd ailələri ilə birgə keçirməyə vadar edir.

GƏDƏBƏY MƏTN 3

Turistləri Gədəbəyə cəlb edən digər bir səbəb isə bu yerlərin həm də qədim və zəngin tarixə şahidlik etməsidir.

Dağların zirvəsində, sərt yamaclarda, sıx meşəliklərin ortasında tikilən möhtəşəm qalalar, qalaçalar, məbədlər, körpülər və digər tarixi abidələr Gədəbəyin turizm əhəmiyyətini daha da artıran və bu yerləri hər kəs üçün unudulmaz edən əsas məkanlardır.