logo

Yamyaşıl yaylaqlar, geniş çəmənliklər, sıx meşələr, dağların zirvəsindən yamaclar boyunca axan kiçik çaylar, şəlalələr, göllər, qayalar arasından süzülən buz bulaqlar, həmçinin qədim və zəngin tarix Gədəbəyi yerli və xarici turistlər üçün əvəzolunmaz məkana çevirir.

Telefon
Ünvan
Elektron ünvan
DESTİNASİYA

Yerli icmaların söylədikləri

Gədəbəy rayonun özünəməxsus tarixi, coğrafiyası, təbii xüsusiyyətləri insanların adət-ənənələrində və həyat tərzində əks etdirmişdir. Gədəbəy rayonunun Miskinli bölgəsindən olan Kərəm müəllim rayonun tarixi, etnoqrafiyası, əhalinin məşğuluyyəti və bölgənin təbiəti haqqında geniş məlumata malikdir. Kərəm müəllim “Ayrım” etnonimi və onların həyat tərzi haqqında tarixi məlumatlar verir. Onun verdiyi məlumata görə “Ayrım” etnonimindəki “ay” sözü Ay ilahəsinin adı ilə bağlıdır. Burada Ayrım ifadəsi “ay” və “rım” hissələrindən yaranmışdır ki, qabağcadan xəbər vermək və uzaq görənlik anlamına gəlir. Bəzi mənbələrdə ayrımlıların qəbilə vətayfadn ayrılalar köçetməsi ilə izah olunur. Kərəm müəllim qeyd edir ki, “Ayrım” həm də cəsarət mənasın bildirir.

Kərəm müəllim qeyd edir ki, Gədəbəy rayonun tarixən Alban tayfalarının yaşadığı ərazilərdən olmuşdur. Rayonda Albanlarla bağlı rəvayətlər, əfsanələr və maraqlı yozumlarda mövcud olmuşdur. Rayonda Alban abidələrinin dağlıq ərazidə yerləşməsi, əsas məşğuliyyətinin heyvandarlıq olması, həmçinin sözün etnonimində “Alp” sözünün qəhəmanlıq sinvolu olması da onların Gədəbəyin dağlıq ərazisində məskunlaşmasın göstərir.

Rayon haqqında verilən digər məlumatlarda dağlarla bağlı əfsanələrdir ki, bu da əhalinin türk mənşəli olmasın sübut edir. Qədim türk inanclarına görə dağlar “tanrı tapıntısı”, “ulu ata və ulu ana” kimi qəbul edilir. Buna görə də Gədəbəy qalalarının çoxu məşhur qərəmanların adı ilə bağlıdır.

Kərəm müəllim qeyd edir ki, ozan və aşıq sənəti yerli əhalinin tarixi dövrlər ərzində yaşatmışdır. Burada saz və söz sənəti bütün əsrlərdə mövcud olmuşdur. Hazırda rayonda Xalq Aşıqlar qrupu və tədris mərkəzi vardır.

Əlaqə: +99470 3210313, +99450 5561137