logo

Yamyaşıl yaylaqlar, geniş çəmənliklər, sıx meşələr, dağların zirvəsindən yamaclar boyunca axan kiçik çaylar, şəlalələr, göllər, qayalar arasından süzülən buz bulaqlar, həmçinin qədim və zəngin tarix Gədəbəyi yerli və xarici turistlər üçün əvəzolunmaz məkana çevirir.

Telefon
Ünvan
Elektron ünvan

“Aşağı Narzan” Hotel & Resort

Ulduz

Azərbaycanın gözəl guşələrindən biri olan Gədəbəy rayonunun Slavyanka kəndində yerləşən "Aşağı Narzan" hotel-restoranı müştərilərinə yüksək səviyyəli ailəvi istirahət təklif edir. Hotelin adı burada yerləşən Aşağı Narzan adlı müalicəvi bulaqdan götürülmüşdür. Hotelin müştərilərinə Narzan suyu ödənişsiz olaraq və limitsiz təklif olunur, eyni zamanda yüksək səviyyəli personal Azərbaycan mətbəxinin gözəl təamlarından dadmağı təklif edir.

Burada standart nömrələrdən ibarət 7 yerlik bir otel fəaliyyət göstərir.
Həmçinin bir otaqlı 5, iki otaqlı 6, üç otaqlı 4 kotteclər vardır.
Kotteclər əsasən taxtadan tikilmişdir. Kotteclərdə mini mətbəx var və orta təmirlidir. İstirahət mərkəzində restoran fəaliyyət göstərir.

İstirahət mərkəzi may ayından sentyabrın əvvəllərinə qədər fəaliyyət göstərir.

Yeni il və Novruz bayramlarında turistlərin qəbulu aparılır.

Kotteclərin və otel otaqlarının qiyməti 60-100 manat arası dəyişir.

Səhər yeməyi istirahət mərkəzində verilmir.

Rahatlıq
Kartla ödəniş
Pulsuz dayanacaq
Təbii qida
Heyvan dostu
Rezervasiya
Spirtli içki
Günün təklifi
Pulsuz Wi-Fi
Siqarət çəkmək yeri
Bələdçi turları
Qəlyanaltı barı