logo

Yamyaşıl yaylaqlar, geniş çəmənliklər, sıx meşələr, dağların zirvəsindən yamaclar boyunca axan kiçik çaylar, şəlalələr, göllər, qayalar arasından süzülən buz bulaqlar, həmçinin qədim və zəngin tarix Gədəbəyi yerli və xarici turistlər üçün əvəzolunmaz məkana çevirir.

Telefon
Ünvan
Elektron ünvan
Ulduz

“Eldorado Hotel” dağ turizm mərkəzi Kiçik Qafqaz dağlarının ətəyində, Gədəbəy rayonu ərazisində, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir.

Rayonda yerləşən Turş su, Narzan, Mor-mor, Slavyanka, və Soyuqbulaq kimi bir çox şəfalı bulaqlar müxtəlif müalicəvi əhəmiyyətə malikdir. Otelin ərazisi 1850-60-cı illərdə Slavyanka kəndində məskunlaşmış malakanlar tərəfindən yaylaq kimi istifadə olunmuş və “naqornıy"(dağüstü) adlandırılmışdır. Oteldə qonaqların rahatlığı üçün hər cür şərait yaradılmışdır. Otel fasiləsiz elektrik enerjisi, isti-soyuq su və isitmə sistemi ilə təmin olunmuşdur. Oteldə bir, iki, üç otaqlı və VİP nömrələr mövcuddur. “Eldorado Hotel” Gədəbəyə biznes və ya əyləncə məqsədi ilə gələn qonaqlara ən yüksək səviyyəli xidmət göstərməkdədir.

Burada konfrans zalı, qapalı və açıq restoran, bar, bilyard, idman zalı, sauna, 24 saat otaq xidməti və uşaq əyləncəsi mərkəzi mövcuddur.

Eldorado Hoteldə hovuz mövcud deyil. Yerləşmə müəssisəni həyatyanı sahəsində qonaqlar üçün Monqol çadırları təklif olunur, çadırların tərkibində 1 yataq, qarderob vardır ki, bunun da qiyməti 40 manat təşkil edir.

Qış aylarında bu çadırlardan istifadə olunmur.
Ümumi müştəri tutumu 75 nəfərdir.

Qiymətləri:
50 manat, 4 nəfərlik otaq 100 manat,
lüks otaqlar 250 manatdan başlayır

Nömrələri sayı: 21

Rahatlıq
Kartla ödəniş
Pulsuz dayanacaq
Təbii qida
Heyvan dostu
Rezervasiya
Spirtli içki
Günün təklifi
Pulsuz Wi-Fi
Siqarət çəkmək yeri
Bələdçi turları
Qəlyanaltı barı