logo

Yamyaşıl yaylaqlar, geniş çəmənliklər, sıx meşələr, dağların zirvəsindən yamaclar boyunca axan kiçik çaylar, şəlalələr, göllər, qayalar arasından süzülən buz bulaqlar, həmçinin qədim və zəngin tarix Gədəbəyi yerli və xarici turistlər üçün əvəzolunmaz məkana çevirir.

Telefon
Ünvan
Elektron ünvan
TƏCRÜBƏLƏR

AQROTURİZM

AQROTURİZM
ARIÇILIQ
Hazırda Gədəbəydə 11 min 142 arı ailəsi var. Rayonda bal istehsalı ildən-ilə artır. Rayonda tanınmış arıçılardan biri Rafiq Nağıyevdir. Rafiq Dəyirmandağ kəndində yaşayır. 30 ildən çoxdur ki, arı saxlayır. Özüdə Gədəbəy Rayon Arıçılar Assosiasiyasının sədridir. Deyirki, “arıçılıq onun ata-baba peşəsidir”. Həyətində 27 arı təknəsi var. Kecən il 400 kilodan çox bal istehsal edib. Özü ali təhsilli baytar həkimidir. Bu ixtisasa yiyələnməsi ona arıçılığı daha dərindən mənimsəməyə imkan verib. Həyat yoldaşı Hicran Rüstəmova orta məktəbdə müəllim işləməsinə baxmayaraq, o da arıçılığın sirlərini öyrənib. Təcrübəli arıçı bildirir ki, rayonda bəslənən arılarınç oxu “Boz Qafqaz” və “Qabaqtəpə” cinsləridir.

Həmin arılar məhsuldarlığına görə dünyada ikinci yer tutur. Birinci yerdə Avstraliya sortu olan “Karinka” dır. Artıq bu sort arıların da rayon da geniş yayılmasına başlanılmışdır.

Əyrikənd kəndinin sakini Oruc Quliyev 22, Slavyanka kəndində Oruc Rzayev 40, Təbriz Vəliyev 30, Seymur Rzayev 31 arı ailəsinə qulluq edir.
Şınıxda yaşayan Sakit Vəliyev 85 arı ailəsinə baxır. O, hər il 1300 kiloqramdan artıq bal istehsal edir. Gədəbəyin toponimində arı ilə bağlı yer adları bu gün də mövcuddur. Arıqıran, Arısu kəndləri indi də belə adlanır.

Turistlər Böyük Qaramurad, Qalakənd, Miskinli, Şınıx ərazilərindəbalın tədarükü zamanı may-iyun; avqust aylarında, yerli təsərrüfatlarda bu işləri canlı olaraq müşahidə edə və özləri də iştirak edə bilərlər.

Əlaqə: +99455 730 6435, Elçin müəllim

TƏRƏVƏZÇİLİK
Kartofçuluq. Rayonun bütün ərazisi üçün əsas kənd təsərrüfatı sahəsi sayılır. Əsasən dağ ətəyi kəndlərdə daha çox kartof əkilir. Slavyanka, Zəhmət, Maarif, Qarabulaq, Ağamalı kəndləri kartof tədarükünə görə daha çox fərqlənir. Kartofun tədarükü sentyabr və oktyabr aylarına təsadüf edir. Azərbaycanın əsas kartof istehsalçısı olan Gədəbəydə bu il 11963 hektarda kartof yetişdirilmişdir. Zəhmət kəndinin sakinləri Arzu Hüseynov 1,5, Mətləb Yusifov 3 hektarda kartof əkmişlər. Keçən il hər hektardan 200 sentner məhsul götürən Mətləb Yusifov deyir ki, “bu il həmin göstəricini artırmaq əzmindədir”.
Sentyabr - Oktyabr aylarında dağətəyi kəndlərdə və May – İyun aylarında isə düzənliklərdə yerləşən kəndlərdə (Maarif, Slavyanka, Söyüd, Kiçik Qaramurad, Zəhmət, Maarif, Qarabulaq, Ağamalı kəndlərində) kartofun tədarükü zamanı siz də aqro təcrübələrə qatıla bilərsiz. Təzə yetişmiş kartofdan tonqalda bişirilmiş közləmə isə sizdə “dadlı” xatirələr yaradacaq!

Əlaqə: +99455 3706412, Nofəl Qasımov

HEYVANDARLIQ
Kənd evlərində yaşayaraq Gədəbəyin ekoloji təmiz mühitində yetişdirilmiş heyvanların əti və süd məhsulları - pendir, qatıq; beçə, yumurta sağlam qidaya üstünlük verən turistlər arasında sevilən məhsullardırlar. Rayonun dağ kəndlərində qoyunçuluq əhalinin əsas məşğulluq sahəsi sayılır. İndi rayonda elə fermerlər var ki, qısa vaxt ərzində mal-qaranın sayını iki dəfəyədək artırmışdırlar. Belə fermerlərdən biri Düzyurd kəndinin sakini İsrafil Kazımovdur. Son 3 ildə onun təsərrüfatında davarların baş sayı 4 minə, qaramalın sayı 350-yə çatmışdır. Hazırda təsərrüfatın mal-qarası Ceyrançöl qışlağındadır. Söyüdlü kəndinin sakini Fərman Abdullayevin də əsas məşğuliyyəti heyvandarlıqdır. Cəmi 100 baş davar, 20 baş qaramalla təsərrüfat yaradan fermerin indi 3 min baş davarı, 120 baş isə qaramalı var. May – Avqust aylarında yaylaq ərazilərdə düşərgədə, çadırlarda yerləşərək çobanlarla əsl yaylaq həyatını yaşamaq, ekoloji və təzə ət və süd məhsullarından istifadə edib Gedəbəyin dadını damağınızdan bir daha unutmarsınız. Şəhərə qayıdaraq isə əzizlərinizə bu məhsullardan pay aparıb onları da sevindirmək şansını əlinizdən qaçırmayın.

Əlaqə: +99477 3142223, Arzu Hüseynov; +99450 3811141, Kazımov İsrafil; +99450 5624030, Sadıqov Rafiq