logo

Yamyaşıl yaylaqlar, geniş çəmənliklər, sıx meşələr, dağların zirvəsindən yamaclar boyunca axan kiçik çaylar, şəlalələr, göllər, qayalar arasından süzülən buz bulaqlar, həmçinin qədim və zəngin tarix Gədəbəyi yerli və xarici turistlər üçün əvəzolunmaz məkana çevirir.

Telefon
Ünvan
Elektron ünvan
Düşərgə və macəra turizmi

Düşərgə və macəra turizmi

Gedəbəy rayonunun meşəlik zolağlarında, dağ kəndlərində və yaylaq ərazilərində düşərgə (camping) turizminə qatılmaq imkanları var. Çanaqçı yaylası, Haçaqaya ətrafı, Şır-Şır şəlaləsinin ətrafındakı meşəlik ərazilər, Düzyurd yaylası, Murtuzadağ, Çobandağın ətrafı, Qalakənd, Daryurd, Novosaratovka, Novoivanovka, Şınıx kəndlərinin ətrafındakı meşə zolağı və alp çəmənlikləri, Fındıqlı meşəlikləri, Gödəkdərə yaylağı kimi ərazilər düşərgə turizmi üçün istifadə edilirlər. Düşərgə turizminin təşkili üçün Haçaqaya ətrafında, Düzyurd, Gödəkdərə, Çanaqçı yaylaqlarında cadır qurmaq imkanları vardır. Həmçinin Fındıqlı meşəsi, Qalakənd və Novosataovka kəndlərinin ətrafında çadırlar quraraq düşərgə turizmindən yararlanmaq olar.

Düşərgə və macəra turizmi


Macəra turizminin təşkili üçün turist çığırlarından istifadə olunması məsləhət görülür. Həmçinin Murtuzdağ, Çobandağ, Haçaqaya ətrafında, Qalakənd Şəmkir çaydərəsi ərazisində və Keçi-Keçi adlandırılan yurd yerində, Novosaratovka, Daryurd, İnəkboğan və digər dağ kəndlərinin ətrafındakı təbiət ərazilərində təşkil olunur. Xüsusilə Haçaqaya, Murtuzdağ istiqamətində macəra turist çığırlarından istifadə etmək mümkündür. Macəra tədbirlərinə dağa dırmanma, turist çığırları ilə hərəkətin təşkili, Haçaqayada və Slavyanka kəndinin dağlıq hissəsində paraşütlə tullanma imkanlarından istifadə etmək olar.

Şəmkirçay, İnəkboğan çaylarının dərəsində kanoyinq, çayların yuxarı axarında dayvinq imkanları mövcuddur. Şəmkir və İnəkboğan çaylarının yuxarı axarlarında onun sürətinin nisbətən az olması 15 yaşdan yuxarı olan turistlər üçün dayvinqdən yararlanma imkanları yaradır.