logo

Yamyaşıl yaylaqlar, geniş çəmənliklər, sıx meşələr, dağların zirvəsindən yamaclar boyunca axan kiçik çaylar, şəlalələr, göllər, qayalar arasından süzülən buz bulaqlar, həmçinin qədim və zəngin tarix Gədəbəyi yerli və xarici turistlər üçün əvəzolunmaz məkana çevirir.

Telefon
Ünvan
Elektron ünvan
TƏCRÜBƏLƏR

ƏNƏNƏVİ SƏNƏTKARLIQ

Azərbaycan qədim dövrlərdən xalq sənətkarları ilə məşhur olmuş diyardır. Gədəbəydə ağac üzərində oyma, xalçaçılıq, əlvan rəngli qaba yun sapdan corab və əlcək toxumaq, qoyun dərilərinin emal edilməsi kimi sənət növləri qorunub saxlanmış və inkişaf etmişdir. Qeyd olunan sənətkarlıq nümunələri Qalakənd, Səbətkeçməz, Çaldaş kəndlərində öz əhəmiyyətini saxlamışdırlar.

ƏNƏNƏVİ SƏNƏTKARLIQOZAN SƏNƏTİ
Ozan sənəti – aşıq yaradıcılığı incilərindən biri olmaqla mükəmməl incəsənət növüdür. Burada bir zəruri məqamı da qeyd etmək lazımdır ki, aşıq sənəti – aşıq yaradıcılığı öz kökünü qədim ozan – qopuz sənətindən götürmüşdür. Özü də bu sənət dünyanın hər yerindəki türklər tərəfindən bir tanrı əmanəti kimi yüksək tutulmaqda və çoşqu ilə qarşılanmaqdadır.

Ölkədə ilk və tək aşıqlar ansamblı – “Xalq aşığı” aşıqlar ansamblı öz ənənəvi uğurları ilə nəinki Azərbaycanda, eləcə də vaxtilə keçmiş ittifaqdan tutmuş dünyanın bir sıra ölkəsində çıxışlar etmiş və etməkdədir.

Tanınmış saz ustadları İsfəndiyar Rüstəmov, Miskinli Vəli, Nemət Qasımlı, Ulduz Sönməz, Fəzail Miskinli Gədəbəy rayonunun yetirmələridirlər.
Əlaqə: Etibar müəllim 050 6205244

AĞACOYMA
Ağac üzərində oyma sənəti də Gədəbəy rayonunda yaşadılır. Bu sənətlə maraqlanan turistlər əyani olaraq sənət nümunələri və onların hazırlanması prosesilə tanış ola bilərlər. Azərbaycan meşələrinin müxtəlif ağaclarla zəngin olması yerli əhaliyə, bir çox sənət növləri kimi, ağacoymanı da inkişaf etdirməyə imkan vermişdir. El sənətkarları zaman-zaman müxtəlif keyfiyyətli qoz, palıd, tut, armud, zoğal, ərik və sair ağaclardan gündəlik məişət əşyaları, musiqi alətləri və digər sənət nümunələri hazırlayırlar. Ağacın digər materiallara nisbətən kövrək olması ondan hazırlanan daha qədim əşyaların çoxunun bizim dövrə gəlib çatmasına imkan verməmişdir.

ƏNƏNƏVİ SƏNƏTKARLIQƏNƏNƏVİ SƏNƏTKARLIQƏNƏNƏVİ SƏNƏTKARLIQƏNƏNƏVİ SƏNƏTKARLIQ

Gədəbəy rayon sakini Vüsal Əliyev 3 ildir ki, ağac üzərində oyma sənəti ilə məşğuldur. Vüsal Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində təhsil alır. O, oymaçılıq sənətini də burada öyrənib. Özünü ilk dəfə tanış olduğu sahətdə sınayan Vüsal qısa bir zamanda uğurlu nəticələr əldə edir. Tar, kamança, saz kimi musiqi alətlərinin suvenirlərini hazırlayan Vüsal Əliyev qeyd edir ki: “Yaradıcılıqla məşğul olarkən özümdə daxili rahatlıq hissi tapıram”. Vüsal Əliyevin əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunurlar.

Əliyev Vüqar Cəfər oğlu 1989-cu ildə Gədəbəy rayonu Slavyanka kəndində anadan olub. I qrup əlildir. Əl işlərini qardaşı öyrəndikdən sonra Vüqarda bu sənətə həvəs yaranıb. Qardaşı Vüsal Ramana realibitasiya mərkəzində bu sənətə yiyələnmışdır. Hazırda o, bir çox sərgilərdə iştirak edir. İcra hakimiyyəti, mədəniyyət mərkəzləri festivallara, sərgilərə Vüsal və Vüqar Əliyev qardaşlarını mütəmadi olaraq cəlb edir.

Əlaqə: Vüsal, Vüqar Əliyev qardaşları +99450 3183371

XALÇAÇILIQ
Gədəbəy xalçaları — Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçalarıdır. Xalçalar adını Gəncə şəhərindən 50 km qərbdə yerləşən Gədəbəy rayonunun adından almışdır. Bəzi xalçaçılar bu xalçanı "Çaykən", "Gölkənd" və ya "Qaraqoyunlu" xalçaları da adlandırırlar. Gədəbəy xalçaları Gəncə xalçalarının orta keyfiyyətli xalçalar kateqoriyasına aiddir. Yaxın keçmişə qədər Gədəbəy xalçaçılıq məktəbinin istehsal mərkəzləri həm də Çaykənd və Gölkənd (müasir Ermənistan ərazisində yerləşən kənd, orada "Qaraqoyunlu" adlanırdı) kəndləri idi. Gədəbəydə həm də "Şamxor", "Çıraqlı", "Fəxralı" tipli xalçalar (onları Gəncənin müxtəlif rayonlarında toxuyurdular) və "Qazax" xalçaları istehsal olunurdu.

ƏNƏNƏVİ SƏNƏTKARLIQƏNƏNƏVİ SƏNƏTKARLIQƏNƏNƏVİ SƏNƏTKARLIQƏNƏNƏVİ SƏNƏTKARLIQ

Qədim dövrlərdən Gədəbəy Gəncə tipli xalçaların toxunduğu ən böyük xalçaçılıq mərkəzlərindən biri olmuşdur. Gədəbəy rayonu heyvandarlığın (xüsusilə qoyunculuğun) inkişafı və yun alınması üçün çox əlverişli təbii şəraitə malikdir. Xalçaçılığı bu ərazilərdə yüksək inkişaf səviyyəsinə çatmasına da bu təbii şərait imkan yaratmışdır.

Ara sahənin arxa planı, adətən, naxışsız və hamar olsa da rəngi birincidən tünd olur. Ara sahəsi düzbucaqlılara və ya kvadratlara bölünən Gədəbəy xalçalarına da rast gəlinir. Gədəbəy xalçalarının köbə zolağı Gəncə-Qazax tipli xalçalara məxsus sadə naxışlı zolaqlardan ibarətdir.

Adətən, Gədəbəy xalçaları 150 x 240 sm ölçüdə və ya daha uzunsov formada istehsal olunur. Gədəbəydə əsasən kilim, xalça, xalı, daroşka (ayaq altı), heybə və xurcun toxunub. Hazırda bu ənənə itmək üzrədir. Yalnız rayon mərkəzindəki peşə liseyində xalçaçılıq şöbəsi vardır. Burada 58 şagird ənənəvi xalça torxunması üzrə təhsil alır. Şagirdlərin əsas hissəsi rayon mərkəzindən olsa da, yaxın kəndlərdən gələnlər də üstünlük təşkil edir.
Əlaqə: 0223260018 (Texniki Peşə Məktəbi)

TOXUCULUQ
Daha bir sənətkarlıq nümunəsi olan toxuculuq sənəti Gədəbəy rayonunda Miskinli zonasında, Novosaratovkada, Qaramurad, Şınıx zonasında corablar, örtüklər, müxtəlif heybələr və xurcunlar toxunması ilə məşhurdur. Gedəbəy Toxumaları Azərbaycan xalqının estetik duyumu və zövqü ilə yanaşı, onun yaradıcı təxəyyülünün nəhayətsizliyini nümayiş etdirən maddi-mədəniyyət nümunələridir. Tikmə, bəlkə də, dekorativ-tətbiqi sənətin yeganə növüdür ki, özünün məişətdə geniş yer alması ilə hər kəsin iç dünyasının bədiiləşmiş formalaşmasında çox yaxından iştirak edir. Əgər tikmələrə müxtəlif geyimlərin üzərində, məişətimizdə geniş istifadə olunan pərdələrin, örtüklərin, süfrələrin, balıncların, mütəkkələrin, qadın başmaqlarının, möhür və Quran qablarının, canamazların, namazlıqların, yelpiklərin, tənbəki kisəsinin və digər neçə-neçə əşyanın üzərində rast gəldiyimizi etiraf etsək, deməliyik ki, bütün bunlar gün ərzində hər bir adamın zövqünə kifayət qədər təsir edə biləcək estetik qaynaqlardır. Gedəbəyə gəldikdə yerli toxucuların əl işlərini əldə edə və eyni zamanda toxuculuq sənəti üzrə master klaslar ala bilərsiniz. Təmiz hava, bulağ suları, yerli və ekoloji saf meyvələr, istirahət və qadınların sevdiyi toxuculuq master klas saatları olduqca maraqlı təsuratlar yaradır.

Əlaqə vasitəsi: 0223264890 Mədəniyyət mərkəzi
+99450 7000121 (Novosatarovka kəndi, İcra nümayəndəliyi)

DƏMİRÇİLİK
Siz eləcədə istirahətinizi qədim ənənələrə bağlı dəmirçilik sənəti və onun nümunələri ilə tanış olmaqla zənginləşdirə bilərsiniz. Alnabat kəndində yaşamış Mərdəli bəyin baltası rayonda ənənəvi olaraq çox məşhurdur. Onun düzəltdiyi balta və digər alətlər kefiyyətinə görə fərqlənirdi. Alnabatda Mərdəli ustanın öz emalatxanası olmuşdur. Burada balta, dəhrə, yaba, qazma, çapa, yer beləmək üçün bel və digər alətlər ənənəvi qaydada istehsal olunmuşdur. Mərdəli ustanın düzəltdiyi qara balta özünün iti və dözümlü olmasına görə seçilmişdir. Buna görə də Mərdəli kişinin qara baltası mifik olaraq rayonda yayılmışdır. Mərdəli usta rəhmətə getdikdən sonra onun emalatxanasını bir müddət övladları işlətmişdirlər. Hazırda Alnabat kəndində emalatxananın binası və içərisində bəzi alət düzəltmək üçün avadanlıqlar qalmışdır. Burada qədim dəmirçilik ruhu yaşanır. Siz hətta özünüz qədim dəmirçilərin alətlərindən istifadə edə bilərsiz.

Əlaqə: +99450 4029450 (Əliyev Müşfiq)

NALBƏNDLİK
Gədəbəydə ənənəvi sənət olaraq qorunub saxlanmışdır. Nal düzəldilməsi Miskinli, Novosaratovka, Böyük Qaramurad, Şınıx bölgəsində yaşadılır. Burada olan nalbəndlər ənənəvi üsullarla at nalı hazırlayırlar. Rayonun kəndlərinin əksəriyyətində at nallayanlar vardır. Onu da qeyd edək ki, hər bazar günü Novasaratovkaya nalbəndlər gələrək at nallayırlar. Siz nalbəndlərə əyani yardımçı ola və at nallamaq prosesinin iştirakçısı təcrübəsinə qatıla bilərsiniz.
Əlaqə vasitəsi: +99450 6205244 Alnabat kəndində işlərin nümaişi (əsasən yay mövsümündə) təklif olunur.

SAZBƏND
Saz – Sinkretik, yəni özündə çalğı, oxuma, şeir demə, söz və dastan ifaçılığı, aktyorluq və rəqs (plastika) sənətlərini birləşdirən saz-söz sənəti, muğam sənəti ilə yanaşı, Azərbaycan milli mədəniyyətinin ən əski qatları ilə bağlıdır.

Gədəbəyin Daryurd kəndində sazbənd Nemət Zeynalovla tanış ola bilərsiz, o bu sənətlə 1983-cü ildən məşğuldur. Sazların düzəldilməsində tut və qoz ağacından daha çox istifadə edir. Sazlarda üzlük hissənin tut ağacından hazırlanması daha yaxşı effekt verir. Onun yuxarı hissəsi əsasən armud və göyrüş ağacından hazırlanır. Saz 9 və ya 10 qabırğadan ibarət olur. Sazların üç formasını hazırlayır ki, bunlar da böyüklüyünə görə balaca, tavar, ana saz olaraq qruplaşdırlır. Nemət ustanın sagirdləri də vardır. Onlara sazın hazırlanması və ifa olunmasını da öyrədir. Düzəltdiyi sazların qiyməti sifarişdən asılı olaraq dəyişir. Usta gələn müştəriləri əliboş qaytarmır. Rayon əhəmiyyətli tədbirlərdə iştirak edir. Həm də orta məktəbdə ana dili və ədəbiyyat müəllimidir. Yüksək dərəcədə pozitiv insandır. Siz onunla tanış olub, emalatxanasında əyani olaraq sazbəndlik sənətinin sirrlərini aça bilərsiz. Musiqi həvəskarısızsa və oxumaq qabiliyyətinizi sınamaq istəsəniz Neymət usta məmnuniyyətlə sizi sazda müşaidə edər, sizə seyirli sazın simlərinin cazibədar səslənməsi üçün master klass keçər. Burda siz sazın yaranmasından onun “canlanmasına” qədər olan yolunun yol yoldaşı ola bilərsiz.

Əsrlərdən bəri ünlü saz – söz ustalarının yaratdıqları ozan – aşıq havaları, dastanlar, rəvayətlər və çoxsaylı şeir nümunələri bu sənətin gerçək varlığını təsdiq edir.

Əlaqə: Nemət sazbənd, +99450 387 1548, Daryurd kəndi, (May-Avqust aylarında daha aktiv təcrübələr ala bilərsiz)