logo

Yamyaşıl yaylaqlar, geniş çəmənliklər, sıx meşələr, dağların zirvəsindən yamaclar boyunca axan kiçik çaylar, şəlalələr, göllər, qayalar arasından süzülən buz bulaqlar, həmçinin qədim və zəngin tarix Gədəbəyi yerli və xarici turistlər üçün əvəzolunmaz məkana çevirir.

Telefon
Ünvan
Elektron ünvan
Marşutlar və cığırlar

Marşrut və Cığırlar

 Sıra  Marşrutun adı  Növü  Məsafəsi  Marşrut üzərində tarixi abidələr və turistik məkanlar  Marşrut üzərində iaşə və ticarət obyektləri
 1  Gədəbəy-Qalakənd–Turşsu  Təbiət-Dərketmə  25 km
1. Simens körpüləri (XlX əsrin 60-cı illərinə aid tikili) (Düzyurd-Miskinli, Çalburun, Səbətkeçməz)
2. Koroğlu qalası (Cavanşir qalası)(XVl əsr ölkə əhəmiyyətli memarlıq abidəsi) (Plankənd-Qalakənd)
3. Simenslərə məxsus su elektrik stansiyasının qalıqları(XlX əsrin 60-cı illərinə aid tikili) (Qalakənd)
4. Turşsu bulağı(Arısu)
Gədəbəy şəhərinin mərkəzində otel,
Çalburun və Əlinağılar kəndlərində market,
Turşsu bulağı yaxınlığında meşə ərazisində istirahət mərkəzi. 
 2  Gədəbəy-Dəyəqarabulaq-Söyüdlü Dərketmə   30 km
1. Seyid qızının qəbri(ziyarətgah) (Dəyəqarabulaq)
2. Şəmkir çayının kənarı (turistik məkan)
3. Mahrasa məbədi(atəşpərəstlik dövrünün memarlıq nümunələri)
4. Qız qalası(IX əsr ölkə əhəmiyyətli memarlıq abidəsi) (Söyüdlü) 
 Çay qovuşan ərazidə iaşə məqsədi ilə səyyari qaydada çadır qurula bilər.
 3 Slavyanka-Qoşabulaq   Təbiət  32 km
1. Şahzadə bulağı(turistik məkan)
2. Meşə zolağı
3. Çanaqçı yaylağı
4. Almanlara məxsus mağara (Çanaqçı kəndi)
5. Haça Qaya ziyarətgahı 
Slavyanka kəndində otellər,
Slavyanka və Çanaqçı kəndlərində market,
Şahzadə bulağında yeməkxana
 
 4 Novosaratovka-Böyük Qaramurad-Əyrivəng   Təbiət-Dərketmə  25 km
1. Tarixi abidələr(Novosaratovka yerli əhəmiyyətli Alban tarixi memarlıq abidəsi(1535-ci il)
2. Məbəd(Böyük Qaramurad yerli əhəmiyyətli Alban tarixi memarlıq abidəsi(1634-cü il)
3. Su dəyirmanı(Əyrivəng)
4. Əyrivəng kəndində meşə zolağı
5. Əyrivəng kəndində alban məbədləri 
 
Novosaratovka kəndində market və istirahət mərkəzi,
Böyük Qaramurad və Arıqıran kəndlərində market,
Əyrivəng kəndində market və meşə zolağında səyyari qaydada çadır tipli yeməkxana.
 5 Slavyanka-Söyüdlü-Soyuqbulaq  Dərketmə   25 km 
1. Böyük Qalaça (Dünya əhəmiyyətli tarixi abidə eramızdan əvvəl II-I minilliyə tunc-ilk dəmir dövrünə aid) (Söyüdlü)
2. Alban kilsəsi (Pirbulaq)
3. Qalaçalar (Soyuqbulaq kəndi)
4. Su dəyirmanı (Soyuqbulaq kəndi)
5. Meşə massivi (Soyuqbulaq kəndi)
6. Qədim tarixi tikili (7 qardaş)(Söyüdlü),
7. Qız qalası(IX əsr ölkə əhəmiyyətli memarlıq abidəsi) (Söyüdlü)
8. Mahrasa məbədi(atəşpərəstlik dövrünün memarlıq nümunələri) 
Slavyanka kəndində marketlər və otellər,
Söyüdlü və Soyuqbulaq kəndlərində market,
Səyyar tipli çadır qurula bilər.
 
 6 Gədəbəy şəhər daxili  Təbiət-Dərketmə  5 km
1. Şırşıra şəlaləsi
2. Meşə massivində tala
3. Alban kilsəsi
4. Şəhər daxilində Simenslərə məxsus tikililər(XIX əsrə aid) 
Gədəbəy şəhərində otel və marketlər,
Tala ərazisində yeməkxana.
 

 

Qeyd olunanları nəzərə alaraq aşağıdakı turist marşrutların təklif olunurlar:


Gədəbəy - Rüstəm Əliyev - Plankənd - Səbətkeçməz – Çaldaş – Haçaqaya - Şır-Şır şəlaləsi. Zəngin ekzotik landşaft, qocaman ağaclar, nadir landşaft abidələri, geomorfoloji abidələrdən Haçaqaya, qədim yaşayış yerləri, qalaçalar, alban abidələri olması, ənənəvi və ekoloji cəhətdən təmiz qida məsulları ekolji turlarının təşkilinə imkan verir.


 

Gədəbəy - Dəyəqarabulaq - Qalakənd - Şəmkir çay dərəsi - Murtuzdağ.Zəngin ekzotik landşaftı, tarixi-arxeloji abidələri ilə seçilir. Burada piyada turist marşrutları və turist düşərgələrinin yaradılması da mümkündür. Murtuzdağının ətəklərində piyada turist çığırlarının və ekoloji turizm düşərgələrinin yerləşməsi üçün geniş imkanlar var.


Əlaqə: +99450 7106363 Qədir müəllim (Gədəbəy İcra Hakimiyyəti); +99477 7121237 Elçin (bələdçi)