logo

Yamyaşıl yaylaqlar, geniş çəmənliklər, sıx meşələr, dağların zirvəsindən yamaclar boyunca axan kiçik çaylar, şəlalələr, göllər, qayalar arasından süzülən buz bulaqlar, həmçinin qədim və zəngin tarix Gədəbəyi yerli və xarici turistlər üçün əvəzolunmaz məkana çevirir.

Telefon
Ünvan
Elektron ünvan
TƏCRÜBƏLƏR

MİLLİ KULİNARİYA

MİLLİ KULİNARİYA
ÇEÇİL PENDİR - AZƏRBAYCANIN MİLLİ PENDİRİ
Populyar olduğu yerŞınıx bölgəsi

Tərkibi:
Yağsız inək südü: 7-8 L
Turşumuş süd: təqribən: 1,5 L
Pendir mayası (evdə qursaqdan da hazırlamaq mümkündür)


Hazırlanma qaydası:
Süd 30 dərəcəyə qədər isidilir, içərisinə turşumuş süd əlavə edilir. Sərin bir yerdə süd dincəldilmək üçün təqribən 10-18 saat gözlədilir. Maya əlavə edilir. Mayanın fermentasiyası üçün 15 dəqiqə yenə gözlədilir. Mayalanmış süd təqribən 60 dərəcəyə isidilir. Bu isitmə fəaliyyəti təqribən 45 dəqiqə davam edir. Dələmə meydana gəlməyə başlayır və isti qarışığın üzərinə şəffaf maye yığılır. Bu maye mümkün olduğu qədər bir qabla alınır. Dələmə yavaş-yavaş qarışdırılaraq bişirilir. Sonra eyni qazanda yoğrululur. Daha sonra dələmə çəkilib uzadılır, bir ağac asqı üzərinə asılaraq 0,5 - 1 saat gözlədilir. İstəyə görə pendir qaba toplanarkən üzərinə duz səpilir. Yaxud da duz vurmadan pendirin öz mayesinin içərisində duz vurmadan saxlanılır.

Əlaqə: +99450 3620354 (İcra nümayəndəliyi); +99450 6605587 Yəhyayev Cəfər, fermer, Şamlıq kəndi; +99450 2201710 Abdullayev Fərman, fermer, Söyüdlü kəndi




MİLLİ KULİNARİYASARI RƏNGLİ MORUQ
Populyar olduğu yerSlavyanka kəndi

Sarı moruqdan mürəbbə və şərab hazırlanmasında istifadə olunur. Ayrıca plantasiyası yoxdur, həyat yanı sahələrdə becərilir. Maraqlısı o dur ki, digər regionlarda əkiləndə bitmir. Sarı moruq meyvələri daha az turşu ehtiva edir, buna görə şirindir. Daha az rəngli piqmentlərə sahib olması səbəbi ilə sarı moruqlu meyvələr allergiya, eləcə də uşaqlar və hamilə qadınlar tərəfindən istifadə edilə bilər. Sarı moruq aşağı temperaturlara davamlıdır, qışın başlanğıcı ilə temperaturun mənfi dərəcəyə enməsilə moruq kolları yerə əyilirlərr və qarla örtülürlər. Bu məhsulun bəzi növləri mənfi 30 dərəcə qədər temperatura davamlı olur.

Əlaqə: +99450 7283598 (İcra nümayəndəliyi)




MİLLİ KULİNARİYAŞAPALAQ KABABI
Populyar olduğu yer - Qalakənd, Əlinağılar kəndi

Dananın bel ətindən (antrikotundan) hazırlanır. Xüsusi ədviyyatlarla zənginləşdirilir. Əsas turşu əlavə olunur. Gədəbəy rayonunda qeyd olunan kababın hazırlanması əsasən Turşsu istirahət mərkəzi, “Meh” oteldə təqdim edilir. Steykə oxşayır. Təndirdə bişirilir. Əsas yemək olaraq təqdim olunur.

Şapalaq kababı üçün lazım olan ərzaqlar:
- Birillik dananın bel əti xüsusi qaydada döyülərək bişməyə hazır vəziyyətə gətirilir.
- Turşular: alça və zoğal turşusu
- Döyməc
- Ətotu
- Soğan
- Müxtəlif növ ədviyyatlar


Bişirilmə qaydası: təndirdə xüsusi bağlamada bişirilir. Bişmə müddəti 40 dəqiqəyə qədər çəkə bilər.

Əlaqə: +99451 322 2458; +99455 3242448; 0223242458




MİLLİ KULİNARİYAMAÇA
Populyar olduğu yer - Bütün Gədəbəy ərazisi

Quzu (qoyun) ətinin əsasən qol hissəsindən hazırlanır. Yağlı hissələri götürülür. Tərkibinə ədviyyatlar qatılır. Bişirildikdən sonra xama və ədviyyatlar vurulur. Hazırlanma müddəti 35 dəqiqə təşkil edir. Dad verməsi üçün, hazır olmasına 15 dəqiqə qalmış, xüsusi tənzifdə xama və ədviyyatlar yeməyə əlavə olunur. Maça Gedəbəyin bütün kəndlərində bişirilir. Tərkibi quzu əti, nehrə yağı, kəklikotu, xamadan ibarətdir.

Tərkibi:
1 kq ət (dana ya da quzu)
2 ədəd baş soğan
7 - 8 ədəd alça turşusu
Duz


Hazırlanması:
Soğanın qabığını soyub yuduqdan sonra dörd yerə bölüb nazik doğrayırıq. Birinci əti yuyub qazanın içinə düzürük. Sonra doğranmış soğanı tökürük. Alça turşusunu yuyub soğanın üstündən qoyuruq. Üstünə 1/2 st su töküb duz əlavə edib vam odda 2-2,5 saata bişiririk. Hazır olanda yağa düşəcək az suyu qalacaq.
Gedəbəyin bütün restoranlarında qeyd olunan yeməyi sifariş etmək mümkündür.

Əlaqə: +99451 3222458; 0553242448; 0223242458




MİLLİ KULİNARİYAXAMADA CAN ƏTİ
Populyar olduğu yerQalakənd, Miskinli, Böyük Qaramurad, Qalakənd, Miskinli

Bu yemək növünü dalamaq istəyənlər bilməlidirlər ki, o ancaq Gədəbəy ərazisində hazırlanır. Buna görə də gələn qonaqlar üçün bu yemək çox maraqlı olur. Dananın can əti götürülür, xüsusi hazırlanmış xama, soğan və ədviyyatlar ilə qatışdırılır. Saxsı qabda, piti formasında – köz üzərində hazırlanır. Əsas yemək kimi təqdim olunur. Gedəbəyin əsas milli yeməklərindən biri sayılan xamada can əti rayonun bütün kəndlərində bişirilir. Gədəbəyin əksəriyyət iaşə müəssisələrində xüsusi sifariş əsasında hazırlanır.

Tərkibi:
- 1 kq ət (dananın can əti)
- 3 ədəd pomidor
- 2 ədəd baş soğan
- 1 ədəd şirin bibər
- 7 - 8 ədəd alça turşusu
- Duz


Hazırlanması:
Soğanın qabığını soyub yuduqdan sonra dörd yerə bölüb nazik doğrayırıq. Şirin bibəri yuyub halqa ya da uzunsov doğrayırıq. Pomidorun qabığını soyub halqa doğrayırıq. Birinci əti yuyub qazanın içinə düzürük. Sonra doğranmış soğanı tökürük. Alça turşusunu yuyub soğanın üstündən qoyuruq. Doğranmış bibəri tökürük. Halqa doğradığımız pomidoru düzürük. Üstünə 1/2 fincan su töküb duz əlavə edib vam odda 2 - 2,5 saata bişiririk.

Əlaqə: +99451 3222458; +99455 3242448; 0223242458




MİLLİ KULİNARİYAMOTAL PENDİRİ
Populyar olduğu yer Bütün Gədəbəy ərazisi

Motal pendiri orijinal emal texnologiyası nəticəsində hazırlanır. 10 litr südə, qursaqdan alınmış maya əlavə edilir, 30 dəqiqəyə kimi süd yetişir, yəni, üyüşür. Üyüşəndən sonra 4 yerə kəsilir. Onun içində olan acı suyun hamısı çıxarılır. Acı su çıxdıqdan sonra onu torbaya tökmək lazımdır. Torbaya tökdükdən sonra o suyun hamsi süzülür. Su pendirdən tam çıxarılır. Bundan sonra pendirin üstünə bir daş qoyaraq 1 sutka saxlanılır. Beləliklə də, bütün suyun hamsı çıxır. 1 sutkadan sonra pendiri çıxararaq onu ortadan 2 yerə kəsmək lazımdır.Pendir tikələrinin ölçüsü pendirin böyük – kiçikliyindən asıldır. Daha sonra duzlanaraq 1 - 2 gün ərzində belə vəziyyətdə saxlanılır. 2 gündən sonra pendiri duzlu suya qoymaq lazımdır. Pendir duzlu suda 30 - 40 günə yetişir. Yetişmə saxlanılan yerin istiliyinə - soyuqluğuna görə dəyişir. İsti temperaturda 30 günə yetişir, soyuq temperautrda isə pendirin yetişməyi 40 günə qədər çəkir. Bəzən isə bu müddət 1ay yarıma qədər uzana bilər. İlk öncə dəri duzlanılır. Bundan sonra pendirləri dəriyə dolduraraq dərinin hər iki tərəfi bağlanılır və yumurtalı üfürülərək doldurulur. Əgər dəridə hava keçirən yer olarsa həmin hissə xəmir vasitəsi ilə qapadılır. Pendiri dəriyə xam formada, yaxud cunaya bükülmüş formada qoymaq olar. Lakin pendiri xam formada motala qoymaq daha məqsədəuyğundur. 3 gündən sonra dəri boşalırsa demək dəri hava çəkir. Hava keçirən yeri müəyyən etmək üçün pendirli dərini su ilə doldurub müşahidə etmək lazımdır. Dəridə olan açıq yerlərdən su sızacaq. Həmin yerə daş qoyaraq bağlanılır və təzədən doldurulur. Bu pendir 2 ay dərinin içində qalaraq yetişir. Bundan sonra motal pendirini istifadə etmək olar. Gədəbəy rayonunun bütün dağ kəndlərində motal pendiri hazırlanır və satışa çıxarılır.

Əlaqə: +99450 6875494 İsmayılov Ədalət, fermer, Nəriman kəndi; +99450 2201710 Abdullayev Fərman, fermer, Söyüdlü kəndi




MİLLİ KULİNARİYABALDIRĞAN
Populyar olduğu yer Dağ kəndləri

Baldırğanın yığılma vədəsi may ayının sonu, iyun ayının əvvəllərinə təsadüf edir. Bu bitkini yığmaq asan görünsə də, əslində bir o qədər də asan deyil. Onun tünd qoxusu var. Yığılan zaman adamda kəskin baş ağrıları yarada bilir. Yığmaq üçün bıçaqdan istifadə edilir. Torpağın üstündən 2 - 4 santimetr yuxarı kəsilir. Bitkini əsasən sərin havalarda, səhərlər gün çıxmazdan əvvəl yığmaq lazımdır. Baldırğanı digərlərindən fərqli olaraq əlcəklə toplamaq vacibdir. Ona görə ki, bitkinin bıçaqla kəsilən yerindən çıxan şirəsi əllərdə ləkələr və yanıqlar yaradır. Dəriyə qıcıqlandırıcı təsir göstərir. Gədəbəy ərazisində baldırğanın daha çox turşusu hazırlanır. Ondan duzlu şoraba da hazırlayırlar. Duza qoyulmuş bitkinin ən üstün cəhəti ondan ibarətdir ki, tərkibini dəyişmir, vitaminləri özündə saxlaya bilir. Gədəbəy rayonunda baldırğandan həm də dadlı mürəbbə bişirilir. Mürəbbənin bişirilməsi üçün lazım olan baldırğan zoğları yaxşıca soyulur, 3 - 4 santimetr bərabər hissələrə bölünür və qaynar suda pörtlədilir. Sonra süzülür. Əvvəlcədən hazırlanan şirənin içərisinə tökülür. Təxminən 1 kiloqram baldırğan 1,5 kiloqram şəkər tozunda bişirilir. Qızardılıb üzərinə yumurta vurularaq da yeyilir. Təzə-təzə çıxanda orta hissədən çıxan çiçək özəyi yığılaraq çiy halda qabığı soyulub yeyilir. Xalq təbabətində baldırğandan müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Ondan hazırlanan preparatlardan ödqovucu, soyuqdəymə, ağrıkəsici və sakitləşdirici vasitə kimi istifadə olunur.

Əlaqə: +99450 6369287 Miskinli kənd İcra nümayəndəsi