logo

Yamyaşıl yaylaqlar, geniş çəmənliklər, sıx meşələr, dağların zirvəsindən yamaclar boyunca axan kiçik çaylar, şəlalələr, göllər, qayalar arasından süzülən buz bulaqlar, həmçinin qədim və zəngin tarix Gədəbəyi yerli və xarici turistlər üçün əvəzolunmaz məkana çevirir.

Telefon
Ünvan
Elektron ünvan
TƏCRÜBƏLƏR

Piknik, piyada, velosipedlə və atla gəzintilər

Gədəbəy rayonunda pikniklərin keçirilməsi üçün geniş imkanlar var. Çay dərələri, bulaqların ətrafı, meşəlik əraziləri, yaylaqlar pikniklərin keçirilməsi üçün əlverişli sayılır. Gödəkdərə, Şamlıq deyilən ərazi, Fındıqlı meşəsi, Gədəbəy çayının sahili, Miskinli-Qalakənd, Şınıx-Novosatatovka, Soyuqbulaq ətrafı, Şır-Şır şəlaləsinin ətrafı, Başkənd su anbarının ətrafı və Almalıq deyilən ərazilərdə pikniklərin keçirilməsi geniş yayılıb.

Burada yaz və yay aylarında yerli əhali və səfər edən turistlər pikniklar keçirirlər. Bu ərazilərdə iaşıə müəssisləri də mövsümü olaraq fəaliyyət göstərirlər və turistlərə milli mətbəximizin ləziz yeməklərini təklif edirlər. Gedəbəydə fəaliyyət göstərən əksər restoranlar və kafelər qonaqlara piknik imkanları təklif edirlər. Qonaqlara məişət əşyaları, samovar, dincəlmək üçün yerlər, istirahət köşkləri təklif olurlar. İcarəyə verilən istirahət köşklərinin qiyməti 10-15 manatdan başlayır.

Piknik yerləri təqdim edən restoran və iaşə müəssisləri aşağıdakılardır:

• “Slavyanka” restoranı - Slavyanka kəndi (Əlaqə: +99450 3101476)
• “Novosaratovka” restoranı - Novosaratovka kəndi (Əlaqə: +99450 7000121 - İcra nümayəndəliyi)
• “Narzan” restoran – Slavyanka kəndi (Əlaqə: +99450 5505555)
• “Turş su” restoranı – Qalakənd (Əlaqə: +99450/70 2886748)
• “Şirxan” ailəvi istirahət mərkəzi – Slavyanka kəndi (Əlaqə: +99450 6838552)
• “Haçaqaya” kafe – Slavyanka kəndi
• “Laçın” yeməkxanası – Miskinli kəndi

Piknik, piyada, velosipedlə və atla gəzintilər



Piyada gəzintilərlə (hiking) Slavyanka, Düzyurd, Novosaratovka kəndlərinin ətrafında, Gödəkdərə yaylağı, Fındıqlı və Şamlıq meşələri adlanan ərazilərdə məşqul olmaq mümkündür. Həmçinin Gedəbəy ərazisində təklif olunan turist marşrutlarında piyada və atla gəzinti üçün əlverişli şərait vardır.

Piknik, piyada, velosipedlə və atla gəzintilər


Atla gəzinti üçün geniş yaşıllıq sahələri, meşəlik əraziləri və landşaft abidələri xüsusi cəlb edirlər. Slavyanka kəndində yuxarı Narzan bulağı ətrafında yay aylarında istirahətə gəldikdə turistlər üçün atlar icarəyə verilir. Atlarla Narzan ətrafında olan yaylaqlara maraqlı cığırlarla getmək mümkündür. Eyni zamanda kəndin ətrafında və istirahət mərkəzlərinin yaxınlığında qısa məsafələrə getmək üçün atlar yerli əhali tərəfindən icarəyə verilirlər. Qeyd olunan kəndlərlə yanaşı, Novosaratovka, Söyüdlər kəndlərində də atla gəzintilər təklif olunurlar. Atların kirayə qiyməti məsafəsindən asılı olaraq 2 manatdan başlayır. Qala, Miskinli (Rüstəm Əliyev) kəndlərində, “Turşu” istirahət mərkəzi istiqamətində yay aylarında atlar gətirilərək icarəyə verilirlər. Miskinli zonasında atları icarəyə verən ailələr çoxdur. Bunlarında əsas hissəsi Qala kənd və Turşu istiqamətində olan yaşayış məntəqələrinin payına düşür.

Piknik, piyada, velosipedlə və atla gəzintilər

Atların kirayə verilməsi Düzyurd ]yaylasında son illər ənənə halını almışdır. Yay aylarında atların icarə verilməsi qeyd olunan kənddə geniş yayılmışdır. Düzyurd yaylasında at cığırları üzrə dağətəyi ərazilərə və miskinli istiqamətində gəzinti təşkil olunur. Burada at minmək ənənə olduğuna görə peşəkar çaparlar da vardır.

Slavyanka kəndində yuxarı Narzan bulağı ətrafında da yay aylarında istirahətə gələnlər üçün atlar icarəyə verilir. Burdan atlarla Narzan ətrafında olan yaylaqlara getmək mümkündür.

Piknik, piyada, velosipedlə və atla gəzintilər

Turist çığırları üzrə atla gəzinti və fotosafari imkanları da turist marşrutları üzrə təşkil olunurlar: Gədəbəy - Qalakənd - Turşsu, Gədəbəy - Dəyəqarabulaq - Söyüdlü, Slavyanka - Qoşabulaq, Novosaratovka - Böyük Qaramurad - Əyrivəng.

Təşkilatçı: +994 77 712 12 37 Elçin (bələdçi)