logo

Yamyaşıl yaylaqlar, geniş çəmənliklər, sıx meşələr, dağların zirvəsindən yamaclar boyunca axan kiçik çaylar, şəlalələr, göllər, qayalar arasından süzülən buz bulaqlar, həmçinin qədim və zəngin tarix Gədəbəyi yerli və xarici turistlər üçün əvəzolunmaz məkana çevirir.

Telefon
Ünvan
Elektron ünvan
TƏDBİRLƏR / Rayon tədbirləri

TƏDBİRLƏR / Rayon tədbirləri

Gədəbəy rayonunun Miskinli yaylağının ərazisində orijinal üslübda “Yaylaq Yurdu” adlı etno-qəsəbənin yaradılacağı nəzərdə tutulub.

Etno-qəsəbənin ərazisində yaşayış yurdları(alaçıqlar) ilə yanaşı Cıdır Meydanı, “Yaylaq(k/t) bazarı”, “Sənətkarlıq güşəsi”, “Dədə Qorqud ocağı”(tamaşalar üçün səhnə), “Yaylaq yatağı”(k/t heyvanları üçün yerlər), “Pəhləvan meydanı”(yarış sahəsi), “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi”(yaylaq kulinariyası) və digər tematik sahələr yaradılacaq.

MİLLİ YAYLAQ FESTİVALI

Yaradılmış etno-qəsəbənin iyul-avqust ayları ərzində turistlər və qonaqlar üçün fəaliyyət göstərəcəyi nəzərdə tutulub.

İyul ayının son həftəsonu, 26-28 iyul tarixlərində etno-qəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı el şənliyi (etnoqrafik-mədəni-idman tədbiri) düzənlənəcək.

Ətraflı informasiya

Tədbir başa çatıb!

Bu tədbir üçün qeydiyyat dayandırılıb.