logo

Yamyaşıl yaylaqlar, geniş çəmənliklər, sıx meşələr, dağların zirvəsindən yamaclar boyunca axan kiçik çaylar, şəlalələr, göllər, qayalar arasından süzülən buz bulaqlar, həmçinin qədim və zəngin tarix Gədəbəyi yerli və xarici turistlər üçün əvəzolunmaz məkana çevirir.

Telefon
Ünvan
Elektron ünvan
TƏDBİRLƏR

TƏDBİRLƏR

Novruz bayramıTarix boyu heç bir qüvvə Novruz adətlərini xalqımızın əlindən almağa, qəlbindən silməyə müvəffəq olmayıb. Novruzun təntənəli milli bayram kimi qeyd edilməsi Azərbaycanın dövlət müstəqilliyinin xalqımıza verdiyi bəhrələrdən biridir.

2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında Mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.

Çərşənbələr. Bəzi qədim inanclara görə kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlar da vücudnamələrində "Ab, atəş, xak, badan yarandım" deyiblər, yəni insan su, od, torpaq və yerlə bağlıdır.

Birinci çərşənbə su çərşənbəsi adlanır. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Bu dövrdə torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.

Novruz bayramı

İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayırlar, hər ailə üzvünün adına bir şam yandırırlar, xonçalar bəziyirlər.

Üçüncüsü yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.
Dördüncüsü torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayırlar. Yaşlı qadınlar "Səməni, saxla məni, ildə göyərdərəm səni" deyib buğda isladırlar.
Novruz Bayramını özünəməxsus adətləri var.

Bunlardan papaq atmaq, qulaq falına çıxmaq, tonqaldan tullanmaq, üzük falına baxmaq, səməni yetişdirmək, yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, yallı getmək, xoruz döyüşdürmək kimi adətləri qeyd edə bilərik.

Novruz bayramıNovruz bayramıNovruz bayramı








Novruz Azərbaycanla yanaşı İranda, Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd edilir.
Gədəbəy rayonunda “Novruz” bayramı xüsusi təntənə ilə qeyd olunur. Belə ki, Novruz tədbirləri rayon mərkəzində, Heydər Əliyev parkında təşkil olunurlar. Burada rayonun bir çox kəndlərinin adət ənənələri, yerli istehsalı, sənətkarlıq məhsulları nümayiş etdirilir. Tədbirdə Novruz personajları geniş proqramla çıxış edirlər. Həmçinin kəndlərdən gələn ustad aşıqların dəyişməsi də tədbirin rəngarəngliyini artırmış olur.

Rayonun kəndlərinin adətlərinin nümayiş olunması Novruz Bayramı tədbirlərində ənənə halını almışdır, bu da rayonun müxtəlif kənd sakinlərinin bayram tədbirlərində iştirakına şərait yaradır. Odur ki, Novruz Bayramı dövründə regiona səyahət edən turistlər yeni təsuratlar alıb, şən, əlvan, bayram əhval-ruhiyəsi yaşayıb, xalqımızın qədim ənənələri və adətlərilə əyani olaraq tanış ola bilərlər.

Ətraflı informasiya