logo

Yamyaşıl yaylaqlar, geniş çəmənliklər, sıx meşələr, dağların zirvəsindən yamaclar boyunca axan kiçik çaylar, şəlalələr, göllər, qayalar arasından süzülən buz bulaqlar, həmçinin qədim və zəngin tarix Gədəbəyi yerli və xarici turistlər üçün əvəzolunmaz məkana çevirir.

Telefon
Ünvan
Elektron ünvan
XƏBƏRLƏR

XƏBƏRLƏR

Gədəbəy ABŞ-ın Stilluater şəhəri ilə qardaşlaşıb

Gədəbəy ABŞ-ın Stilluater şəhəri ilə qardaşlaşıbNoyabrın 8-də Gədəbəy şəhəri ilə ABŞ-ın Oklahoma ştatının Stilluater (Stillwater) şəhəri arasında qardaşlaşma Memorandumu imzalanmışdır. Gəbəbəy rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayevin imzalanma törənində ən qədim insan məskənlərindən biri olan, gözəlliklər diyarı, hər qarışı tarixi abidələrlə zəngin Gədəbəyin mədəni irsi, böyük turizm və sənaye potensialı, folkloru, fauna və florası,rayonun tarixi ilə bağlı məlumatları iştirakçılarda hədsiz maraq doğurmuşdur.

Gəbəbəyin tanıtım videorolikləri, broşürlər, rayonun tarixini, mədəniyyətini özünə təcəssüm etdirən, nəfis tərtibatda hazırlanmış kitab və jurnallar Oklahomanın rəhbərliyinə, o cümlədən iştirakçılara təqdim edilmişdir.