logo

Yamyaşıl yaylaqlar, geniş çəmənliklər, sıx meşələr, dağların zirvəsindən yamaclar boyunca axan kiçik çaylar, şəlalələr, göllər, qayalar arasından süzülən buz bulaqlar, həmçinin qədim və zəngin tarix Gədəbəyi yerli və xarici turistlər üçün əvəzolunmaz məkana çevirir.

Telefon
Ünvan
Elektron ünvan
XƏBƏRLƏR

XƏBƏRLƏR

Azərbaycanda tətillər - Brand innovativ marketinq

Azərbaycanda tətillər - Brand innovativ marketinq
Turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin təsdiq edilməsi bu sahədə yeni bir mərhələnin başlanğıcını qoyub. Prezident İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı və 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiq edilməsi ölkəmizin turizm sənayesi üçün yeni bir mərhələnin başlanğıcını qoyub.

Azərbaycanda “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri”ndən irəli gələn vəzifələrin icrası, yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sənayesinin formalaşdırılması, onun ölkə iqtisadiyyatındakı xüsusi çəkisinin daha da artırılması və bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə görülmüş işlərin bariz nümunəsidir.

Həyata keçirilən islahatlarla yanaşı, ölkə rəhbərliyi tərəfindən turizm sənayesinin inkişafına yönəlmiş yüksək dövlət qayğısının göstəricisi kimi Azərbaycan Respublikası Turizm Şurasının yaradılması da mühüm addım olaraq dəyərləndirilməlidir. 2016-cı il dekabrın 27-də Prezident İlham Əliyevin Fərmanı ilə Şuranın tərkibi təsdiq olunub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədri olduğu Şuraya müvafiq dövlət orqanlarının səlahiyyətli şəxsləri üzv təyin edilib.